BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvət alan serjant polis orqanlarından qovuldu - VİDEO

AAAF Park yaşayış kompeksində binaların fundamentə bitişik torpaq sahəsini və beton layları sökərək obyekt kimi istifadə edən şəxslərdən rüşvət alaraq buna göz yuman polis əməkdaşı orqandan xaric edilib.

 

Bir neçə gün öncə polisin rüşvət alaraq ərazidən uzaqlaşma anı qonşu binada yaşayan sakinlər tərəfindən videosu çəkilib. Həmin görüntülər redaksiyamıza təqdim edilib.

 

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin görüntülər araşdırılıb: “Polis adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün polis serjantı E.Abbasov Çevik Polis Alayının komandirinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib”.

 

Tarix: 9 Sentyabr 2021, 16:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin