BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava sabah da küləkli olacaq

Fevralın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a bildirilib ki, mülayim şimal-qərb  küləyi  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  9-14, Bakıda  gecə 5-7, gündüz  11-13 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 762 mm civə sütununa  yüksələcək, nisbi rütubət  gecə 60-70 gündüz 45-50 faiz olacaq.  

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu  gecə  2-7, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  4-9 dərəcə isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoz:

 

Fevralın 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Tarix: 4 Fevral 2020, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin