BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aktyor vəfat etdi

“Polis akademiyası” filminin iki hissəsində leytenant Erni Mauzer rolu ilə tanınan amerikalı aktyor Artur Metrano 84 yaşında dünyasını dəyişib.

Pravda.az-ın məlumatına görə, aktyor çərşənbə günü Florida ştatındakı evində vəfat edib.

Qeyd edək ki, Metrano 1970-ci illərdə Coni Karsonun “The Tonight Show” tok-şousundakı iştirakı sayəsində məşhurluq qazanıb. Bundan başqa, o, “The Heartbreak Kid” (1972), “History of the World, Part One” (1981), “Breathless” (1983) və digər filmlərdə çəkilib.

Tarix: 10 Sentyabr 2021, 07:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin