BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan hərbçiləri öz təyyarələrini vurub

Rusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi (STTM) Qarabağdakı 44 günlük müharibə haqqında analitik məcmuə dərc edib.

 

“Qafqazda Fırtına” adlanan analitik məcmuə mərkəzin direktoru Ruslan Puxovun ümumi redaktəsi altında çıxıb.

 

Məcmuədə diqqət çəkən məqamlardan biri - müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması olub.

 

Müəllif yazır ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənstanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. “Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.

 

Puxov bunun bir çoxlarının xoşuna gəlməməsinə baxmayaraq, göstərilən faktların etibarlılığının yüksək səviyyədə olduğunu qeyd edir.

Tarix: 10 Sentyabr 2021, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin