BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda nasazlıq yarandı, sərnişinlər düşürüldü

Bakı Metropolitenində "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə "Ulduz" stansiyasında, təlimat tələbinə uyğun olaraq, sərnişinləri düşürdülüb: “Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub”.

Tarix: 10 Sentyabr 2021, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin