BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərov Yevgeni Ziniçevin həlak olması ilə bağlı Rusiya FHN-ə başsağlığı verdi

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevin faciəli şəkildə həlak olması ilə bağlı həmin nazirliyin kollektivinə başsağlığı məktubu göndərib.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, məktubda rusiyalı nazirin hər zaman ölkəsinin təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini xatırladan nazir K.Heydərov, onun insan həyatını xilas edərkən qəhrəmancasına həlak olduğunu qeyd edib.

 

İstedadlı rəhbər, dövlət xadimi və hörmətli həmkar olaraq Yevgeni Ziniçevin həlak olması xəbərinin kədərlə qarşılandığını bildirən Kəmaləddin Heydərov Rusiya FHN-in kollektivinə dərin hüznlə başsağlığı verib.

Tarix: 10 Sentyabr 2021, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin