Baş Prokurorluq sayt rəhbərinin həbsi ilə bağlı daha bir məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:
"Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb.
Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri kimi – “Azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
Belə ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə «azadinfo.az» xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif etmiş, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yaymış, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanmışdır.
Qeyd edilənlərlə bağlı 09 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulmuşdur.
10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir.
Habelə, bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir".
2 May 00:42
1 May 23:54
1 May 23:52
1 May 23:50
1 May 23:48
1 May 21:49
1 May 21:10
1 May 19:51
1 May 19:10
1 May 19:06
1 May 18:51
1 May 18:46
1 May 18:08
1 May 18:05
1 May 18:02
1 May 18:00
1 May 17:58
1 May 17:56
1 May 17:52
1 May 17:50
1 May 17:49
1 May 17:46
1 May 17:43
1 May 17:42
1 May 17:37
1 May 17:23
1 May 16:57
1 May 16:52
1 May 16:46
1 May 16:37
1 May 16:36
1 May 16:26
1 May 16:16
1 May 15:43
1 May 15:41
1 May 15:39
1 May 15:24
1 May 15:21
1 May 15:19
1 May 15:14
1 May 15:11
1 May 15:08
1 May 15:06
1 May 15:01
1 May 14:58
1 May 14:57
1 May 14:55
1 May 14:53
1 May 14:32
1 May 14:24
1 May 14:18
1 May 14:08
1 May 13:24
1 May 13:23
1 May 13:22
1 May 13:17
1 May 13:10
1 May 12:55
1 May 12:36
1 May 12:32
1 May 12:30
1 May 12:27
1 May 12:23
1 May 12:21
1 May 12:18
1 May 12:16
1 May 12:13
1 May 11:56
1 May 11:51
1 May 11:49
1 May 11:45
1 May 11:43
1 May 11:42
1 May 11:35
1 May 11:34
1 May 11:30
1 May 11:28
1 May 11:27
1 May 11:15
1 May 11:12
1 May 11:11
1 May 11:09
1 May 11:04
1 May 11:03
1 May 10:54
1 May 10:51
1 May 10:47
1 May 10:44
1 May 10:32
1 May 10:30
1 May 10:26
1 May 10:24
1 May 10:15
1 May 10:08
1 May 10:05
1 May 10:05
1 May 10:04
1 May 10:02
1 May 09:52
1 May 09:39
1 May 09:31
1 May 09:18
1 May 09:09
1 May 09:08
1 May 09:07
1 May 09:03
1 May 09:01
1 May 08:59
1 May 08:56
1 May 08:54
1 May 08:52
1 May 08:45
1 May 08:31
1 May 08:27
1 May 08:27
1 May 08:23
1 May 08:23
1 May 08:19
1 May 08:15
1 May 08:12
1 May 08:10
1 May 08:08
1 May 08:05
1 May 08:02
1 May 07:36
1 May 01:07
30 Aprel 23:51
30 Aprel 23:48
30 Aprel 23:31
30 Aprel 23:29
30 Aprel 23:24
30 Aprel 23:23
30 Aprel 23:22
30 Aprel 21:36
30 Aprel 21:35
30 Aprel 21:22
30 Aprel 21:10
30 Aprel 21:08
30 Aprel 21:02
30 Aprel 20:52
30 Aprel 19:45
30 Aprel 19:44
30 Aprel 19:32
30 Aprel 19:29
30 Aprel 19:27
30 Aprel 19:25
30 Aprel 19:24
30 Aprel 19:20
30 Aprel 19:17
30 Aprel 19:15
Ən son xəbərləri səhifəmizdən də izləyin