BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq: İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Prokurorluq Göyçay rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

 

Rayon prokurorluğundan daxil olan məlumatda deyilir:

 

"Sentyabrın 10-u saat 06 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Tarix: 10 Sentyabr 2021, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin