BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya “Taliban” hökumətinin inauqurasiyasına qatılacaq? - Peskovdan AÇIQLAMA

“Moskva Əfqanıstanda “Taliban” hərəkatının yeni hökumətinin andiçmə mərasimində iştirak etməyəcək”.

Pravda.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, Rusiya heç bir şəkildə iştirak etməyəcək”, - deyə Peskov jurnalistlərin suallarına cavab verərkən bildirib. 

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “RİA Novosti”yə açıqlamasında Rusiyanın “Taliban” hərəkatının formalaşdırdığı Əfqanıstanın yeni hökumətinin inauqurasiyasında təmsil olunacağını bildirmişdi.

Xatırladaq ki, Əfqanıstanın yeni Nazirlər Kabinetinin andiçmə mərasimi sentyabrın 11-də baş tutacaq. Rusiya “Taliban” nümayəndələrindən mərasimə dəvət alıb. Bununla yanaşı, ərəb KİV-də yer alan məlumata görə, hərəkat, həmçinin Türkiyə, Çin, İran, Pakistan və Qətər nümayəndələrini də mərasimə dəvət edib.

Tarix: 10 Sentyabr 2021, 18:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin