BURADA REKLAMINIZ OLA
BİLƏR

Anna Bartkulaşvili “Yeni Klinika”ya yerləşdirildi


Koronavirusa yoluxan şair-tərcüməçi Anna Bartkulaşvili xəstəxanaya yerləşdirilib.

Pravda.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bidirib.

Onun sözlərinə görə, hazırda Anna Bartkulaşvili intensiv müalicə alır:

“Anna xanım "Yeni Klinika"ya yerləşdirildi, hazırda intensiv müalicə alır. Klinikanın rəhbərliyi ilə və Anna xanımla telefonla danışırıq. Həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, Anna xanım tezliklə öz sağlamlığına qovuşsun. Müraciətimizi nəzərə alaraq Anna xanımı təcili xəstəxanaya yerləşdirib, müalicə almasına dəstək olan klinika rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Komitə sədri qeyd edib.

Tarix: 11 Sentyabr 2021, 00:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin