BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT-nin baş katibi: “Taliban”la əlaqə saxlayırıq və hazırda dialoqun tamamilə vacib olduğunu düşünürük

 

 

“Əfqanıstanın BMT-dəki nümayəndəliyi əməkdaşlarının maaşlarını ödəyə bilmir. Çox ciddi problemlərlə qarşı-qarşıyayıq. BMT Baş Assambleyasının 76-cı sessiyasında Əfqanıstana kömək mövzusunda müzakirələr aparacağıq”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antoniu Quttereş keçirdiyi mətbuat konfransında deyib.

 

“Biz daim “Taliban”la əlaqə saxlayırıq və hazırda dialoqun tamamilə vacib olduğunu düşünürük. BMT-nin elçisi Martin Griffiti Əfqanıstanın paytaxı Kabilə göndərməyimin əsas səbəbi “Taliban” rəhbərliyi ilə danışıqları sürətləndirməkdir. Baş katib protokol baxımından nazirlər səviyyəsindədirsə, bu səviyyədə Martin Griffit BMT-nin dünyada Kabilə gedən ilk diplomatıdır. Bütün tərəfdaşlarımızla birlikdə humanitar müraciət hazırladıq. Bazar ertəsi Əfqanıstana humanitar yardımlara dəstək toplamaq üçün nazirlər səviyyəsində beynəlxalq səviyyəli tədbirə sədrlik etmək üçün Cenevrəyə gedəcəm”, - BMT rəhbəri bildirib.

 

Baş katib BMT Baş Assambleyasının 76-cı sessiyasında Əfqanıstana kömək mövzüsunda müzakirələr aparacağını və əfqan xalqına humanitar dəstək barədə qərarların alınacağını bildirib: “Əfqanıstanın iqtisadi çöküşü heç kimin xeyrinə deyil. Bu ərəfədə bəzi dövlətlər və beynəlxalq maliyyə qurumları tərəfindən görülən bir sıra tədbirlər və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş bəzi sanksiyalar var”.

 

Antoniu Quttereş hesab edir ki, bəzi güzəştlər və mexanizmlərlə çıxış yolu tapmaq vacibdir: “Yəməndə Əfqanıstana yardım mövzusunda mexanizmləri razılaşdıra bildik. Biz əlbəttə problemin həllinə dair çıxış yolları axtarmaqda davam edirik”.

 

Report

Tarix: 11 Sentyabr 2021, 07:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin