BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərə icazəsiz keçmək istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar İsmayılovlar saxlanıldı

Sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar İsmayılovları saxlayıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılanlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

 

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Tarix: 11 Sentyabr 2021, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin