BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda motosiklet qəzasında ölən şəxs DYP əməkdaşı imiş

Bakıda motosiklet qəzasında ölən şəxsin polis əməkdaşı olduğu məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün əməkdaşı olub.

 

Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib.

 

Qeyd edək ki, V.İsmayılovun qəza törətdiyi motosiklet şəxsi nəqliyyat vasitəsi olub.APA

Tarix: 4 Fevral 2020, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin