BURADA REKLAMINIZ OLA
BİLƏR

Brüsseldə pandemiya məhdudiyyətlərinə qarşı Ümumavropa mitinqi keçirildi

Avropa İttifaqının müxtəlif ölkələrindən yüzlərlə sakin pandemiya məhdudiyyətlərinə etiraz olaraq Brüsseldə nümayişə çıxıb.

 

Aksiya Birləşmiş avropalılar hərəkatı tərəfindən təşkil edilib. Polis mitinqin keçirilməsinə icazə verib.

 

Nümayiş iştirakçıları Avropa Komissiyası və Avropa Şurasının ofislərinin yerləşdiyi küçələrdən keçiblər.

 

Bundan əvvəl Birləşmiş avropalılar hərəkatı peyvənd sertifikatından imtina etməyi və Avropa İttifaqı daxilində sərbəst hərəkət etmək qabiliyyətini yeniləməyi tələb edən petisiya dərc edib.

 

"Bu məhdudiyyətlər tamamilə ləğv edilməlidir, belə olan təqdirdə peyvənd pasportuna ehtiyac aradan qalxacaq", - sənəddə deyilir.

 

Report

Tarix: 12 Sentyabr 2021, 01:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin