BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 2 qardaş bıçaqlanıb, onlardan biri ölüb, digəri ağır vəziyyətdədir

Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.

 

Pravda.az-ın məlumatına görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

 

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

Report

Tarix: 13 Sentyabr 2021, 07:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin