BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyevin xəstəxanası dəyişdirildi

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun oğlu Təbriz Gülaliyev öz “Facebook” hesabında məlumat verib: “Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”.

 

Qeyd edək ki, O. Gülalıyevi oktyabrın 29-da yolu keçən zaman avtomobil vurub. Daha sonra Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb və o, Türkiyədə müalicəyə göndərilib.

Tarix: 19 Noyabr 2019, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin