BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan ordusuna belə ləkə yaxmaq olmaz" - Kamil Zeynallı

Tanınınmış fitness məşqçisi Kamil Zeynallı Vətən Müharibəsi zamanı əsgərlərin kazarmada narkotik maddə istifadə etdiyini iddia edən şəxsə cavab verib.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkə hesabında həmin şəxsin görüntülərini paylaşan Kamil onu sərt şəkildə tənqid edib:

 

“Belə söhbətlər etmək ayıbdır. Bu Azərbaycan kişisinə yaraşmır. Hər nə olubsa, orada qalmalı idi. Sözün var idisə, burda yox, orada – kazarmanın içində üzlərinə deyəydin! Azərbaycan ordusuna belə ləkə yaxmaq olmaz. Ən azından nəzərə almaq lazımdır ki, şərəfsiz düşmənlərimiz bizi izləyir”.

Tarix: 13 Sentyabr 2021, 17:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin