BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Əsədov vəzifəsindən azad edildi

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

 

Pravda.az-ın məlumatına görə, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinim müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.

 

Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi həmin şöbəyə birləşdirilib.

 

Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib.

 

Report

Tarix: 14 Sentyabr 2021, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin