BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq Kəlbəcərlə bağlı məlumat yaydı - VİDEO

Kəlbəcər rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayonu ərazisində yerləşən çalışdığı çörək sexində əmək hüquqlarının pozulması ilə bağlı rayon prokurorluğuna müraciət edib.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Məlumat verilib.

 

Bildirilib ki, müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınıb, o cümlədən digər zəruri zəruri tədbirlər görülüb. Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapıb və H.Məmmədquluyevin müraciəti təmin olunub. Prokurorluğa müraciət edərək məmnun qalan Həsrət Məmmədquluyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib. Baş Prokurorluğun Mətbuat xidməti qeyd olunan videoçarxı ictimaiyyətə təqdim edib.

 

Tarix: 14 Sentyabr 2021, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin