BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Röya Rəfili Almaniyadan deportasiya edilir

Almaniyada yaşayan azərbaycanlı jurnalist Röya Rəfili deportasiya edilir.

 

Pravda.az xəbər verir ki, jurnalist bu barədə feysbuk hesabında məlumat paylaşıb. O qeyd edib ki, deportasiyaya səbəb yaşayış izninin olmamasıdır:

 

"Əlimdə deportu saxlatmaq üçün güclü, ciddi həkim rəyi var, ona baxmırlar. Kiçik uşağın atası Əfqanıstan vətəndaşıdır, uşaq qanunla heç bir ölkəyə deport oluna bilməz. Həmçinin uşağın uçuş etməsi üçün mütləq atanın icazəsi olmalıdır, bunu da sayan yoxdur”.

 

Xatırladaq ki, Azərbaycanda “Yeni Müsavat” qəzetinin və "Kanal 13” internet televiziyasının əməkdaşı kimi çalışan Röya Rəfili 2017-ci ildə Almaniyaya mühacirətə gedib.

Tarix: 14 Sentyabr 2021, 12:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin