BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə 2 nəfər dəm qazından zəhərləndi

Gəncə qadın dəm qazından zəhərlənib.

Pravda.az-ın xəbərinə görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü İbarahimova Xəyalə Hüseyn qızı yaşadığı evin vanna otağında olarkən dəm qazında zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.

Digər zəhərlənmə hadisəsi şəhərin Bakı fəhləsi küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdü Vəliyeva Mədinə Elxan qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. M.Vəliyeva xəstəxanaya yerləşdirilib.

Hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.APA

Tarix: 4 Fevral 2020, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin