BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaqub Zurufçu vəfat etdi

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.

 

Bu barədə "Yeni Klinika"dan məlumat verilib.

 

Bildirilib ki, sənətçi yaxın saaatlarda vəfat edib.

 

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb.

 

Allah rəhmət eləsin!

Tarix: 14 Sentyabr 2021, 18:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin