BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bilik Gününün tarixi dəyişdirilib?

Pandemiya şəraiti ilə əlaqədar Azərbaycanda yeni tədris ilinin başlama tarixi dəyişdirilsə də, Bilik Günü ənənəvi qaydada sentyabrın 15-də qeyd olunacaq.

 

Pravda.az-ın məlumatına görə, sabah Bilik Günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək, yeni məktəblərin açılışı nəzərdə tutulub.

 

Pamdemiyaya görə tədbirlər məhdud çərçivədə keçiriləcək.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

 

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

 

Pandemiya şəraiti ilə əlaqədar Azərbaycanda 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Belə ki, ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

 

Report

Tarix: 14 Sentyabr 2021, 19:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin