BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Ermənistana yanacaq daşıyan azərbaycanlılar - VİDEO

Məlum olduğu kimi bir neçə gündür Azərbaycan Qubadlı rayonu ərazisində - Qafan-Gorus yolunda gömrük qaydaları tətbiq edib. Xüsusilə, İrandan Ermənistana, o cümlədən, Qarabağın Rusiya hərbçilərin nəzarətində olan hissəsinə yüklər daşıyan TIR-lar həm yoxlanılır, həm də onlara gömrük rüsumu tətbiq olunur.

 

Pravda.az xəbər verir ki, ermənilər Gorus-Qafan yolu yenidən bağlanmasa da, Azərbaycan tərəfinin yolda çətinliklər yaratdığını iddia edirlər. Belə ki, İrandan Ermənistana yanacaq və neft məhsulları daşıyan TIR sürücüləri Ermənistan ərazisinə keçdikdə gömrük rüsumu ödəmələrinə baxmayaraq, Azərbaycan tərəfi də gömrük rüsumu tələb edir.

 

Maraqlıdır ki, İrandan Ermənistana və Azərbaycanın Qarabağ bölgəsinə yük daşıyan İran sürücüləri arasında azərbaycanlılar da var. Yəqin ki, İranın hakim dairələri ortada təfriqə yaratmaq üçün azərbaycanlı sürücüləri buraya göndərirlər. Amma, 40 milyonluq Güney Azərbaycan Türkü hər zaman olduğu kimi 44 günlük savaş sırasında da öz haqq səsini, İrana, Ermənistana və bütün dünyaya duyurdu.

 

Tarix: 14 Sentyabr 2021, 23:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin