BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Röya Rəfili Almaniyadan deportasiya olundu, Bakıda "Atletlər kənd"inə yerləşdirildi

Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.

 

Pravda.az xəbər verir ki, senyabrın 13-ü gecə saatlarında Röyanın evinə gələn alman polisləri onu hava limanına aparaıb və bir qrup azərbaycanlı ilə bərabər bu gün Bakı vaxtı ilə saat 15:00-da Almaniyadan deport ediblər. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız "Atletlər kənd"inə aparılıb. "Atletlər kəndi"ndən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız covid-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.

 

Qeyd edək ki, Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri "Yeni Müsavat" qəzeti olub.

 

Musavat.com

Tarix: 15 Sentyabr 2021, 00:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin