"Niyə məhrəmin yanında deyil?" - mühafizəçi talib evdən tək çıxmış gənc qadından soruşur (Məhrəm - yaxın kişi qohumlarına deyilir. talibançılar hesab edirlər ki, qadın ancaq onlardan birinin müşayətiylə səyahət edə bilər).
Qadın "tökülən" bir taksinin arxa oturacağında əyləşib, maşını Talibanın yoxlama məntəqəsində durdurublar. Binanın üstündə təşkilatın qara yazılı ağ bayrağı dalğalanır.
Bu gün Kabildə nələrə icazə var, nələr qadağandır?
Başında çalma, çiynində silah olan bir talib qadına əmr edir ki, ərinə zəng vursun. Qadın telefonunun olmadığını deyir, talib başqa bir taksi sürücüsünə onu evə aparmağı və əriylə birlikdə geri qaytarmağı tapşırır. Sürücü deyiləni edir və problem həll olunur.
Kabil küçələri yenə maşınla doludur. Onların arasında yaşıl üzüm və bənövşəyi gavalı yüklü arabalar, ora-bura qaçan cırıq paltarlı uşaqlar da gözə dəyir.
İlk baxışda şəhər heç dəyişməmiş kimi görünür. Amma yox, dəyişib.
Taliban Kabili öz fərmanları və küçələrdəki taliblərin köməyilə idarə edir.
"Xalqla yaxşı davranın. Bu ölkə çox əzab çəkib. Mülayim olun" - axırıncı Amerika hərbçisi Kabili tərk edəndən bir gün sonra başdan-ayağa silahlanmış döyüşçülərin əhatəsində mətbuat konfransına bənzər bir tədbir keçirən Taliban nümayəndəsi Zabiullah Mücahid belə demişdi.
Xalq hansı dəyişikliklər olacağını artıq təxmin edib. Avqust ayında döyüşçülər heyrətamiz bir sürətlə Kabili ələ keçirəndən sonra əfqanların çoxu "Taliban 2.0" hakimiyyətində nələrlə qarşılaşacaqlarını artıq bilirdilər. Kişilər saqqal saxlamağa başlayıblar, qadınlar uzun donlar geyinirlər, əlvan baş örtüklərini qara rəngdə olanlar əvəz edib.
Ancaq hələ də çox şey aydın deyil və bu, insanlarda narahatlıq doğurur.
"İndi mən neyləyim?" - kömək və ya məsləhət istəyən əfqanlar gün ərzində durmadan telefonuma və ya kompüterimə bu sualı göndərirlər. Dünyanın müxtəlif yerlərində yaşayan əfqanlar da eyni sualı verirlər.
Məryəm Rəcai Kabil taliblərin əlinə keçəndən sonra nə baş verəcəyini əvvəldən bilirdi.
Avqustun 15-də - Taliban döyüşçüləri Kabil küçələrinə doluşanda o, Baş Prokurorluğun binasında qadın prokurorlar üçün seminar keçirdi. Onlara qarşıdakı təhlükə barədə məlumat verəndə seminar iştirakçıları "Biz davam etməliyik" deyə Məryəmə yalvarmışdılar.
Ancaq tezliklə onlar bu qəfil dəyişikliklə barışmalı olmuşdular. İki uşağı olan Rəcai isə hazırda ailəsiylə birlikdə tez-tez yer dəyişib gizlənməklə məşğuldur.
3 yaşlı qızı Nilufər artıq özünə peşə seçib, mühəndis olacağını deyir.
Qızcığazın rəngbərəng plastik bloklardan quraşdırılmış oyuncaq evi divarları gil kərpicdən olan otağın bir küncünə qoyulub. Pəncərələrdə yay günəşinin şüaları bərq vurur.
Taliban liderləri qızlara və qadınlara "islam çərçivəsində bütün hüquqların veriləcəyini" bəyan edirlər, amma bunun nə demək olduğunu hələ ki heç kim bilmir.
Qadınların çoxuna, o cümlədən Rəcaiyə də açıq şəkildə deyiblər ki, işə getməsinlər. Onlar qorxurlar ki, artıq "bizim şəhər" deyə bilmədikləri Kabildə daha heç vaxt əvvəlki kimi yaşamağa icazə verməyəcəklər.
"Mənim təhsil almaq, yaxşı işdə çalışmaq, ölkənin ictimai həyatında yüksək səviyyədə iştirak etmək hüququm var" - Rəcai belə deyir.
Masasının üstündə bir qalaq kitab var - universitetdə təhsil almaq, insan haqları və gender məsələləri üzrə şöbə müdiri vəzifəsini icra edə bilmək üçün.
20 illik beynəlxalq əməkdaşlıq Əfqanıstanda yeni ideyalar və yeni adamlar üçün münbit şərait yaratmışdı. İndi bu insanların bir qismi Qərb üçün yükə çevrilib.
"Milad bayramı məclislərini yaxşı xatırlayıram, biz dadlı yeməklər bişirirdik. Elə xoşbəxt idik ki…" - 13 il Böyük Britaniyanın Kabildəki səfirliyində işləmiş Həmid belə deyir.
Mən, Həmid və beş azyaşlı uşağı xalçanın üstündə oturmuşuq, ətrafımızda rəngi solmuş xeyli fotoşəkil və iş yerindən verilmiş bir neçə tərifnamə var.
Vaxtilə Həmidi və daha 60 nəfəri podratçı şirkət vasitəsilə səfirliyə işə götürüblər. Məlumatlı mənbələr bildirirlər ki, birbaşa Britaniya Xarici İşlər Nazirliyi tərəfindən işə cəlb edilənlərin, demək olar ki, hamısı Taliban Kabilə girənə qədər şəhəri tərk edib, podratçı vasitəsilə çalışanlarsa bunu edə bilməyiblər.
"Biz çox işləyirdik, lap çox, hətta karantin dövründə də. Onlar bizi burdan aparmasalar, bu, böyük satqınlıq olacaq", - deyə Həmid şikayətlənir.
Britaniya və daha bir neçə Qərb ölkəsi kömək üçün vasitələr tapmağı vəd edirlər, ancaq Kabildə qalmış əməkdaşların çoxu üçün ölkəni tərk etmək riskli olacaq.
Taliblər nə deyir?
Kimlərsə Kabili tələsik tərk edən günlərdə digərləri sevinə-sevinə ora axışırdı.
Biz Kabil aeroportuna yaxınlaşanda Taliban döyüşçülərinin əyalətdən paytaxta gəldiyini görürük. Mərkəzi Uruzqan əyalətindən olan taliblər bizi söhbətə dəvət edirlər.
"Neçə ildi ki, mən Kabilə gələ bilmirdim" - şəhərdə olmağını "böyük xoşbəxtlik" adlandıran 25 yaşlı Rafiulla belə deyir.
Bəs onun yaşıdı olan, gələcəklərinin məhv olunduğunu düşünən ali təhsilli əfqanlar nə etsinlər? Bu suala Rafiulla müsbət cavab verir: "Hamımız əfqanıstanlıyıq, artıq bizim ölkəmiz sülh və inkişaf yolunda irəliləyir".
Bəzi rayonlarda Talibançılar evləri gəzib adamlardan əvvəlki iş yerlərinə aid avtomobilləri və digər əşyaları tələb edirlər. Onlar korrupsiyasız əldə edilməsini mümkünsüz saydıqları şəxsi maşınları da götürürlər.
Kabilin qərbində - həzaraların yaşadığı Dəşt Bərçi kimi rayonlarda əhali deyir ki, taliblər onların evlərində axtarış aparırlar, sonra da kişiləri yığıb aparırlar. Həzaralar Əfqanıstanın sayca 3-cü böyük etnik qrupudur.
İşləmək üçün şəhər mərkəzinə getməli olan qadın qorxduğunu söyləyir:
"Taliblərə deyirik ki, ailəmizi dolandıran bizik, bizə işləmək lazımdr".
"Gözlərimə inana bilmirəm"
Şəhər mərkəzindəki bankların qarşısında küçə boyu uzanan növbələr var. Çoxu işləmir, çünki pul yoxdur.
"Bura bir həftədir gəlib-gedirəm" - növbədəki kişilərdən biri belə deyir.
Kabildən uzaq əyalətlərdə yaşayanlarsa daha nikbindirlər, rahatlıq hissiylə qeyd edirlər ki, Amerika təyyarələri, nəhayət, göy üzündən çəkilib və artıq hərbi əməliyyatlar yoxdur.
Ancaq yoxsulluq və aclıq içində yaşayan milyonlarla əfqanın həyatında heç nə dəyişməyib. Onların həyatı sağ qalmaq uğrunda mübarizədən ibarətdir.
Əvvəlki sistemin dağıldığı və yenisinin qurulduğu bu günlərdə adamlar az sonra nə baş verəcəyini bilmirlər.
"Gözlərimə inana bilmirəm. Bu tarixdir, bu reallıqdır?" - Kabil aeroportunun yaxınlığında görüşdüyümüz əfqanıstanlı frilanser jurnalist Əhməd Manqli belə deyir.
Ətrafda çoxlu zibil və insanların atıb getdiyi baqajlar var - analoqsuz beynəlxalq evakuasiya günlərində son hərbi reyslərdə yer tapmaq uğrunda mübarizə zamanı vaz keçilmiş baqajlar.
Manqli Kabildə 20 il əvvəl, Taliban bu şəhərdən qovulanda işləməyə başlayıb.
Deyir ki, Talibanın nümayəndəsi jurnalistlərin işini koordinasiya etməyə çalışır, amma hamının əlində silah var və hamı da özünü kral hesab edir: "Nə vaxta qədər risk edə biləcəm? Bilmirəm, amma bu tarixin bir parçası olmaq istəyirəm".
Həqiqətən də Əfqanıstanda tarixi məqamdır.
Bərq vuran ağ gəlinlikdə, dodaqları qırmızı boyalı qızı əks etdirən reklam plakatlarının üstü rənglənir. Cəsarətli jurnalistlər, həkimlər və müharibədən sonra sülh arzusu barədə oxuyan "Art Lords" qrupunun şəkilləri divarlardan qoparılır.
Üstü ilk rənglənən şəkilsə keçən il Dohada ABŞ və Taliban arasında imzalanmış razılaşmaya həsr olunmuş şəkil olub.
Şairlər ölkəsinin insanları indi vəziyyətə uyğun sözlər tapmağa çalışırlar. Uzun illər müxtəlif cəbhələrdə vuruşmuş Məsud Xəlil mənə bu misraları göndərir:
"Dünən gecə tale qulağıma pıçıldadı - bizim kitabımızdakı təbəssüm və göz yaşlarıdır".
BBC
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
27 Mart 14:03
27 Mart 13:34
27 Mart 13:23
27 Mart 13:16
27 Mart 12:53
27 Mart 12:40
27 Mart 12:27
27 Mart 12:24
27 Mart 12:23
27 Mart 12:20
27 Mart 12:18
27 Mart 12:14
27 Mart 12:05
27 Mart 11:54
27 Mart 11:52
27 Mart 11:50
27 Mart 11:42
27 Mart 11:40
27 Mart 11:37
27 Mart 11:24
27 Mart 11:16
27 Mart 10:44
27 Mart 10:41
27 Mart 10:37
27 Mart 10:27
27 Mart 10:21
27 Mart 10:15
27 Mart 10:13
27 Mart 10:10
27 Mart 10:05
27 Mart 09:48
27 Mart 09:25
27 Mart 09:23
27 Mart 08:55
27 Mart 08:53
27 Mart 08:50
27 Mart 08:48
27 Mart 08:46
27 Mart 08:45
27 Mart 08:43
27 Mart 08:43
27 Mart 08:39
27 Mart 08:35
27 Mart 08:31
27 Mart 08:29
Ən son xəbərləri səhifəmizdən də izləyin