BURADA REKLAMINIZ OLA
BİLƏR

"Çarəsiz Azərbaycan vətəndaşları görəndə öz gözümdə hörmətdən düşürəm" - Razi Nurullayev

“İstanbuldan Bakıya uçan zaman (artıq minik başlamışdı) bir xanım 3 yaşlı uşağı ilə ağlaya-ağlaya mənə yaxınlaşdı ki, 3 yaşlı uşağının PCR testi olmadığına görə onları təyyarəyə buraxmırlar. Özü Azərbaycan vətəndaşı, uşağı isə Kanada vətəndaşı idi. Xanım bilməmişdi ki, sən demə, 1 yaşlı uşağa da (mən də bilmirdim) PCR testi lazım imiş. Vaxt yox idi ki, elə hava limanda test verib gəlsin. Mən bir neçə yerlərə zəng etdim, amma çox gec idi, artıq təyyarəyə minməli idim. O xanım gözüyaşlı hava limanında qaldı. Nə qədər danışdımsa da, pasport kontrolu edənlər icazə vermədi. Dedilər ki, Bakı icazə verməsə, mümkün deyil, bəzən onlara icazə verdiklərinə görə böyük cərimələr də yazıla bilər. Açığı qanunların bu şəkildə qəddarcasına tətbiqinin lehinə deyiləm. Axı bu avtomobil deyil, qatar deyil, ölkəiçi deyil, min km-lərlə uzaq bir ölkədə Azərbaycan vətəndaşı gözüyaşlı qaldı. Heç doğru olmadı. O xanım, təbii ki, növbəti reyslə gələcək, bir az əziyyət çəkəcək, bir az daha çox xərci çıxacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

 

“Bir yaşlı uşağa da PCR testi qərarı qəbul etmək bütün dünya üçün acınaqcaqlı durumdur. Yaxşı olsun, amma qərarlarda bir əlyeri də qoyun ki, çarəsiz durumda olanlara bir kömək əli uzatmaq mümkün olsun. Əgər ana PCR testi veribsə, xəstə deyilsə, uşaq da qucağında gəzirsə, anasının boynunda, anasının üzünə üzünü söykəyərək yatırsa, anası onu yedizdirirsə, məntiq haradadır ki, anası sağlamdır, uşaq isə Kovid. Bu məsələlərdə mütləq şəkildə yumşalmalara getmək lazımdır. Azərbaycan vətəndaşı dünyanın harasında olursa olsun, problemlə üzləşirsə, dövləti, konsulluğu, səfirliyi, dövlət qurumları həmin an onun yanında olmalıdır, əlçatan olmalıdır. Bir çox yerlərdə çarəsiz Azərbaycan vətəndaşları görəndə öz gözümdə hörmətdən düşürəm” – R.Nurullayev qeyd edib.

Tarix: 15 Sentyabr 2021, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin