BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Budaqov: “Azərbaycan və Türkiyənin hakim partiyaları beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək”

“Azərbaycan və Türkiyənin hakim partiyaları Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası (AKP) arasında da əlaqələr genişlənib”.


Pravda.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açıqlamasında deyib.


O bildirib ki, ilk dəfə iki partiya arasında əməkdaşlıq protokolu imzalanıb: “Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb. Qarşılıqlı səfərlər çərçivəsində fəaliyyət istiqamətlərimizin konturları müəyyən olunub. Hakim partiyalar arasında əməkdaşlığa dair işlər davam edəcək. Partiyalar artıq beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək”.

Tarix: 15 Sentyabr 2021, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin