Hüquqşünas Aslan İsmayılov İrandan Ermənistana yanacaq daşıyan azərbaycanlıları tənqid edib.
Pravda.az-ın xəbərinə görə, yazını təqdim edirik:
“Dünən Gorus-Qapan yolundan paylaşdığım videonu ürək ağrısı ilə izlədim. Onlarla yanacaq, yük dolu Ermənistana gedən iritonnajlı maşınlar Azərbaycan sərhəddində ilişib qalıblar. Ən acınacaqlısı da odur ki, bizim doğma dilimizdə danışan sürücülər 30 ildə 30 mindən çox azərbaycanlını qətlə yetirmiş erməni işğalçıları əvəzinə Azərbaycan dövlətini ittiham edirlər. Balalarımızı məhv edən erməni işğalçılarına yanacaq, qida daşıyan sürücülər Ermənistana torpaq vergisini ödəyib bizim torpaqda Azərbaycanın qanuni vergi tələbinə isə etiraz edirlər.
Vətən müharibəsi zamanı İran dövlətinin Ermənistan işğalçılarına silah-sursat daşımasına etiraz edən cənublu doğmalarımızla necə qürur duyurdumsa bu gün də gördüklərimdən o qədər peşmançılıq hissi keçirdim. Hesab edirdim ki, yenidən müharibə revanşına hazırlaşan Ermənistana İran dövlətinin hərtərəfli yardım etməsi cənublu doğmalarımızda etiraz doğuracaq. Bu videoda isə əksini gördüm... Bu haqsızlıqda heç bir azərbaycanlı iştirak etməməlidir, əksinə bizə düşmən kəsilən Ermənistana İran dövlətinin istənilən yardımına öz etirazını bildirməlidir. Hamınız bilməlisiniz ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan, faktiki blokadada qalan Ermənistanın bir nömrəli dəstəkçisi İran dövləti oldu. Bu illər ərzində xristrian ölkələri olan Gürcüstan, Ukrayna və digəriləri bizim haqlı tələbimizin yanında olsa da, özünü müsəlman Dövləti adlandıran İran məscidlərimizi darmadağın edən, orada donuz saxlayan Ermənistana bir dəfə etirazını bildirmədi, əksinə, hərtərəfli, o cümlədən hərbi yardım göstərdi.
Azərbaycan cəmiyyətini tanıyan birisi kimi bildirirəm ki, İranda azərbaycanlı soydaşlarımıza qarşı olan bütün haqsızlıqlara insanlarımız dərhal reaksiya verib etirazlarını bildiriblər. Məhz Sizə görə Azərbaycan hakimiyyəti ABŞ və Avropanın təzyiqlərinə baxmayaraq heç vaxt İrana qarşı olan bir tədbirə qoşulmadı. İndi biz azərbaycanlıların haqlı olaraq Sizlərdən gözləntimiz - bizə qarşı riyakarlıq edən İran hakimiyyətinə Azərbaycana yönəlmiş növbəti aqressiyaya hazırlaşan Ermənistana göstərdiyi yardımlara öz etirazınızı bildirmənizdir. Məhz Sizin tərəfinizdən həmin video olan TIR sürücülərindən tutmuş Ermənistan adlı işğalçı, cinayətkar bir dövlətə yardım edən, onunla işbirliyində olan hər kəs ictimai tənqidlə üzləşməlidir”.
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
Ən son xəbərləri səhifəmizdən də izləyin