BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri “Benzinin 15 qəpik bahalaşması ilə heç kəs kasıblamaz” deyən deputata cavab verdi: "Xəcalət çəkdim"

“Qiymətlərin artması bizi çox narahat edir. Hazırda Aİ-95 markalı yanacaq növü ilə Aİ-92 markalı yanacaq növü arasında 0.70 AZN fərq yaranıb. Bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda Aİ-92 markalı yanacaq növünün və dizel yanacaq növünün də qiymətlərində bahalaşma müşahidə edəcəyik.

 

Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

 

A.Şakiroğlu bildirib ki, bu günədək Aİ-95 və Aİ-92 yanacaq növləri arasında qiymət fərqi minimum 0.20, maksimum 0.50 AZN fərq olub: “Hazırda isə fərq 0.70 AZN həddinə yüksəlib. Təcrübəyə əsaslanaraq bu səbəbdən demək mümkündür ki, çox yaxın zamanlarda Aİ-92 markalı benzinin dəyəri 0.90 AZN-dən 1.10 AZN-ə, dizel yanacağının dəyəri isə 0.70 AZN-dən 0.90 AZN yüksəlmək riski var. Dünən gecə Aİ-95 və Aİ-98 markalı yanacağın qiymətlərinin yüksəldilməsini irəliyən zamanlarda digərlərinin bahalaşmasına hazırlıq kimi qiymətləndirirəm. Bu isə od tutub yanan bazarda qiymətlərin bir qədər də bahalacağı deməkdir. Bilirsiniz, qış aylarında onsuz da bazarlarda bahalaşma müşahidə edilir. Yanacağın qiymətlərinin bu gedişlə yüksəlməsi ilin sonunda vətəndaşların soyuducularının boş qalması ilə bitə bilər… Bütün bunlar olduqca həyəcanverici bir prosesdir. SOCAR milyard dəyərində bina özünə inşa etmək əvəzinə, ölkəmizdə iri neft emalı zavodu inşa etsəydi, bu gün on minlərlə insan həm o zavodda işləmiş olardı, həm də ölkəmizə Aİ-95 və Aİ-98 kimi bahalı yanacaq növlərini xaricdən gətirməyə ehtiyac qalmazdı. Bir məhsulun dəyərini ildə neçə dəfə bahalaşdırmaq olar axı?! Bu hansı əndazəyə sığır? İnsanlarımızı çörəklə imtahana çəkmək vətənə, millətə xəyanətdir. Gələcək Azərbaycan Partiyası olaraq, qərarı pisləyirik. Bu qədər də olmaz…”.

 

Partiya sədri deputat Eldar Quliyevin benzinin bahalaşması ilə bağlı açıqlamasına da münasiubət bildirib: “Mətbuatdan tanış oldum ki, Milli Məclisin deputatı Eldar Quliyev bildirib ki, “15 qəpiklə heç kim kasıblamaz…” Onun bu açıqlamasının yerinə xəcalət çəkdim. Bu qədər primitiv düşünəcək qədər enmək olmaz. Söhbət 15 qəpikdən getmir. Söhbət son 6 ay ərzində 1.20 qəpikdən 1.60 qəpiyədək bahalaşmadan və bunun nəticəsi olaraq xalqın cibinə girilməsindən gedir. Gün ərzində sadə bir vətəndaş 10 litr benzindən (sizin gözünüzlə baxsaq, və zərəri 15 qəpik hesablasaq) 15 qəpik bahalaşma ilə istifadə etsə bu günə 1,50, aya isə 45 AZN təşkil etmiş olur. Bir ailə 1 ay ərzində “15 qəpik” hesabına 45 manat geri düşmüş olur. Hansı ki, övladına xərcləyə, ailəsini dolandıra bilərdi bu vəsaitlə… Hələ ilin əvvəlində 1.20 AZN-ə olan və hazırda 1.60 AZN-ə (40 qəpik fərqlə) satılan müqayisəni aparmadım. Eyni müqayisəni aparsaq görərik ki, hər bir ailənin büdcəsindən 120 manat oğurluq edilməkdədir! Bu səbəbdən də Milli Məclisin deputatı Eldar Quliyevi belə xırda dəyərləndirmələrlə özünü xırdalamamağa çağırıram. Unutmasın ki, onun rəhmət qazanan vaxtıdır, lənət qazanan yox…”

Tarix: 15 Sentyabr 2021, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin