BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin xəbərdarlığından sonra daha ciddi tədbir görüləcək” - RƏY

“Tenderlər zamanı icra başçıları və onlara yaxın şirkətlərin qalib gəlməsi ölkədə rüşvətxorluq və korrupsiya hallarının olduğuna işarədir. Düşünürəm ki, Prezidentin xəbərdarlığından sonra bu məsələlərə daha ciddi yanaşılacaq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

 

Deputat bildirib ki, xəbərdarlıqlardan sonra belə hadisələr barədə daha ciddi tədbir görüləcək: “Ötən gün Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçısı təyin etdi. Yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edən Prezident bir sıra vacib məqamlara toxundu, həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi. Həmçinin gələcəkdə də həmin rayonların inkişafı ilə bağlı bir sıra vacib işlər görüləcəyini bildirdi. Eyni zamanda, ölkə başçısı Azərbaycanda rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən və belə hallara yol verən bir sıra sabiq məmurlardan bəhs etdi. Şahidiyik ki, son zamanlar bu barədə daha ciddi işlər həyata keçirilir. Əlbəttə ki, Azərbaycan hüquqi dövlətdir və hüquq qarşısında hər kəs bərabərdir. Cənab Prezident, həmçinin tenderlərin keçirilməsi məsələsinə də aydınlıq gətirdi, bir sıra nöqsanlardan və belə nöqsanların qətiyyətlə qarşının alınmasından bəhs etdi. Yeni göstərişlər verildi. Təbii ki, bu göstərişlər təkcə yeni təyin olunmuş icra başçılarına deyil, hər kəsə aiddir. Lakin nöqsanları isə, əlbəttə ki, bütün məmurlara aid etmək olmaz, çünki ləyaqətlə işləyən məmurlar çoxdur.  Hər halda, Prezident xəbərdarlığını etdi və bildirdi ki, göstərişlərə əməl etməyənlər barədə mütləq hüquqi qiymət veriləcək. Düşünürəm ki, xəbərdarlıqdan sonra bu məsələlərə daha ciddi yanaşılacaq".

 

Nəzrin Cavid

Tarix: 15 Sentyabr 2021, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin