BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimlinin bacısı oğlu Naftalanın polis rəisidir? - "Kondisionersiz avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur..."

"Mənim 9 bacım oğlu var, 1 isə şəhid olub. Onların hər biri hazırda işsizdir. Doğrudur, mənim Zaur adlı bacım oğlu hüquq fakültəsini bitirib, ali təhsilli olmasına baxmayaraq, hazırda işsizdir və köhnə kondisionersiz avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur. Özlərindən “polis rəisi bacıoğlu” icad etmələri, məni söydürməkləri ayıb deyil?! Bax, Qurban Məmmədov, sən busan, gördüyün iş də, kanalın da budur!"

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Qurban Məmmədovun onun barəsində yaydığı məlumatlardan danışarkən deyib.

 

Deputatun sözlərinə görə, hələ bir neçə il əvvəl də Qurban Məmmədov deyib ki, Tahir Kərimlinin qardaşları şirkət sahibidirlər: “Halbuki onlar işsizdirlər. Amma həmin vaxtı anlaşdıq, üzrxahlıq etdilər. Sən demə, aqressiyaları qalıbmış. İndi də deyirlər ki, guya mənim bacım oğlu Zaur Kərimli polis rəisidir. "YouTube" kanalında haqqımda əsassız sözlər deyir və iddia edirlər ki, mənim bacım oğlu guya Naftalanda polis rəisidir. Doğrudur, mənim Zaur adlı bacım oğlu hüquq fakültəsini bitirib, amma hazırda işsizdir və köhnə kondisionersiz avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur. Özlərindən polis rəisi bacıoğlu icad eləməkləri, məni söydürməkləri ayıb deyil?! Bax, Qurban Məmmədov, sən busan, gördüyün iş də, kanalın da budur! Bu böhtanları hardan tapırsız?! Kanalı izləyənlərdə də haqqımda mənfi rəy yaradırlar. İzləyənlər bilməlidirlər ki, bu kanalda mənim kimi başqaları barədə də yalan məlumatlar paylaşılır".

Tarix: 15 Sentyabr 2021, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin