BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Gənc kadrların məsul vəzifələrə təyin edilməsi neqativ halların aradan qaldırılmasına xidmət edəcək”

“Hər bir məmur anlamalıdır ki, xalqın qulluqçusudurlar. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələlərə dəfələrlə toxunub”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

N.Həmzəyev bildirib ki, Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən məmurlara xəbərdarlıq edib: “Dövlət başçısı bildirdi ki, məmurlar vətəndaşların xidmətində durmalıdırlar, qəbula gələnlər geri qaytarılmamalıdırlar. Prezident qeyd etdi ki, həbs edilən icra başçılarının aqibətindən nəticə çıxarılmalıdır. Bəzi məmurlar fəaliyyətlərində dönüş ediblər, amma, təəssüflər olsun ki, icra başçısı səviyyəsində olmasa da, müavinlər və ya şöbə müdirlər səviyyəsində çalışanlar xoşagəlməz işlərlə məşğuldurlar. Bu da xalqın narazılığına səbəb olur. Hər bir məmur çalışmalıdır ki, ona verilən səlahiyyət və statusdan layiqincə istifadə etsin, xalqın xidmətində dursun. Gənc kadrların məsul vəzifələrə təyin edilməsi neqativ halların aradan qaldırılmasına xidmət edəcək. İnanıram ki, hər bir məmur cənab Prezidentin söylədiyi kimi, xalqın qulluqçusu olacaq. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün əlimizdən nə gəlirsə, etməliyik. Belə olan təqdirdə vətəndaşlar məmnun qalacaqlar. Vəzifəli şəxslər Prezident İlham Əliyevin həyata keçirdiyi işləri vətəndaşlara doğru-düzgün çatdırmalıdırlar”.

 

Kənan Mirzəyev

Tarix: 15 Sentyabr 2021, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin