BURADA REKLAMINIZ OLA
BİLƏR

5 ölkə İrandan qara qutuları istəyir

Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna İranda səhvən raketlə vurulan Ukrayna təyyarəsinin qara qutularının onlara verilməsini tələb edir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin qəza nəticəsində ölənlərin yaxınlarına kömək məqsədilə bu ölkələrin yaratdığı beynəlxalq koordinasiya qrupunun iclasından sonra verdiyi açıqlamada bildirilib.

 

Sənəddə deyilir: “Bütün ölkələr İranın qara qutuları təhvil vermək istəməməsindən narahatdırlar. İran tam və açıq əməkdaşlığa hazır olduğunu nümayiş etdirməsi üçün dərhal qara qutuları təhvil verməyə borcludur”.

 

Bəyanatda o da qeyd olunub ki, müvafiq prosedur Beynəlxalq Mülki Aviasiya Təşkilatının nizamnaməsində də öz əksini tapıb.

Tarix: 5 Fevral 2020, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin