“Rusməramlıların Xankəndi və ətrafından yaxın illərdə çəkilməsini təmin etmək üçün əzəli torpaqlarımızda yaşayan erməni əsilli azərbaycanlılarla, bizim vətəndaşlarla birbaşa təmasa keçməliyik, onların ölkəyə inteqrasiyası üçün çalışmalıyıq. Bunun yollarından biri də Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı kommunal xidmətlərlə təmin etməkdir”.
Pravda.az xəbər verir ki, bu fikirləri "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli sosial şəbəkədə paylaşıb.
O bildirib ki, bu gün həmin bölgəyə işıq, qaz Ermənistandan, su isə ətraf bölgələrdən gəlir:
“Bizim Ermənistanla hələ ki, heç bir rəsmi münasibətlərimiz, müqavilələrimiz yoxdur. Faktiki olaraq Ermənistan qaçaq yolla ərazimizə elektrik enerjisi və qaz ötürür.
Yəni, heç bir rəsmi müqavilələr olmadan ərazimizdə kommunal xidmət göstərir. Bu yolverilməzdir. Azərbaycan dövləti Xankəndi və ətrafında yaşayan vətəndaşlarımızı elektrik enerjisi, qaz və su ilə təminatını öz üzərinə götürməlidir.
Ermənistandan gələn xətlər kəsilməli, əvəzində bizim “Azəriqaz”, “Azərsu”, “Azərenerji” Xankəndi və ətrafına yeni kommunikasiya xətləri çəkməli, erməni əsilli vətəndaşlarımızı həmin xətlərə qoşmalıdır. Sayğacların quraşdırılması və əhalinin siyahıya alınması baş verməlidir, ödənişlər üçün Xankəndi və digər yaşayış məntəqələrimizdə ödəniş aparatları qurulmalı, manatla ödənişlərin qəbuluna başlanmalıdır. Hətta, Xankəndi və ətrafında yaşayan təqaüd yaşında olan erməni əsilli vətəndaşlarımıza pensiya ayrılmalı, onlara bank kartları paylanılmalı, ərazidə bankomatlar quraşdırılmalıdır”.
Belə addımlarla Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşların ölkənin kommunikasiya xətlərinə və maliyyə sisteminə inteqrasiya edilməsinin başlanğıcı olacağını deyən Natiq Cəfərli, əgər Ermənistandan qeyri-qanuni gələn xətlər kəsiləcəksə, orada yaşayan insanların bizim sistemə inteqrasiya olmaqdan başqa çarələri qalmayacağını deyir:
“Hə, sual yaranacaq ki, Kreml buna imkan verəcək?! Bu imkanın əldə edilməsinin də yolları var – nəticə etibarı ilə Moskvaya fərq etmir ki, o elektriki, qazı kim təmin edir. Hətta könüllərini pulla almaq üçün Rusiyadan aldığımız qazın, enerjinin həcmini bir az da artıra bilərik. Başqa yollar da var, hər şeyi açıq yazmaq da olmur.
Bunları demişəm və görürəm ki, şərhlərdə pofos qusanlar söyməyə, təhqir etməyə başlayıb, “biz indi erməniyə işıq-qaz verək”, “bu nə danışır, ermənipərəstdir”, “bunun başı xarab olub” - hələ mən mədəni şərhlərdən sitatlar gətirdim.
Ölkədə cəmiyyəti düşünməyə imkan verməyən iqtidar, digər tərəfdə isə boğazdan yuxarı pülüyən “siyasətçilər” var. Bu böyük təhlükədir. Başa salırsan ki, a bala, Xankəndində yaşayan erməni əsilli insanlar bizim vətəndaş deyil? Demirsiz ki, Xankəndiyə nəzarət etməliyik? Dövlət öz vətəndaşına kommunal xidmət göstərməli deyil, təqaüd ödəməli deyil?! İstəmirsiz rusməramlılar oradan çıxsın?! Bunun tək yolu erməni əsilli vətəndaşlarımızın ölkəyə inteqrasiyasıdır! Başqa nə yol təklif edirsiz?! Siyasət məsuliyyətli işdir, bacarıq, elm, analitik düşüncə tələb edir. Bəziləri elə bilir ki, siyasət qışqırmaqdır, pafos qusmaqdır, yekə-yekə danışmaqdır".
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
Ən son xəbərləri səhifəmizdən də izləyin