BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiyaya səslənirəm ki, bu, xoşunuza gələr?” - Deputat

“Ermənilər Rusiyanın Samara şəhərində "Artsax müharibəsində həlak olanlara əbədi xatirə" adlı abidə ucaldıblar. Samara yaşayan azərbaycanlıların nümayəndələri, diaspora təşkilatları etiraz ediblər. Elmar Rəsulov deyir ki, göndərdikləri məktuba gələn rəsmi cavab budur ki, şəxsi adam qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur. Əgər belədirsə, biz də Bakının mərkəzində Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq, Dağıstanda və Çeçenistanda öldürülən və Rusiyanın ekstremist, terrorçu adlandırdığı adamlara abidə ucaldaq və deyək ki, kiminsə ürəyi yanıb vəçöz şəxsi pulu ilə edib. Rusiyaya səslənirəm ki, bu, xoşunuza gələr?”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

 

Deputat qeyd edib ki, səfirlik və diaspor komitəsi bununla bağlı rəsmi və açıq şəkildə Rusiya hakimiyyətinə etirazını bildirməlidir: “Milli Məclisin deputatı və Milli Cəbhə Partiyasının rəhbəri kimi kəskin etirazımı bildirir və Rusiya tərəfindən o yaramaz abidənin götürülməsini tələb edirəm”.

Tarix: 16 Sentyabr 2021, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin