BURADA REKLAMINIZ OLA
BİLƏR

Nümayəndələr Palatasının spikeri Trampın çıxış mətnini cırdı - VİDEO

ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosi ölkə Prezident Donald Trampın konqresmenlər qarşısındakı nitqindən sonra onun çıxış mətninin nüsxəsi olan vərəqləri ortadan cırıb.

 

Pravda.az xəbər verir ki, videoda ABŞ prezidentinin çıxışını başa vurmasından sonra konqresmenlərin ayağa qalxdığı və onu alqışladığı, elə bu anda da N.Pelosinin çıxış mətninin nüsxəsinin olduğu vərəqləri cırdıqdan sonra onları masanın üzərinə atdığı aydın görünür.

 

Qeyd edək ki, fevralın 4-də D.Tramp konqresmenlər qarşısındakı illik çıxışını edərək ölkənin vəziyyəti haqqında fikirlərini çatdırıb. Tramp kürsüyə gələrkən ona əl uzadan Pelosinin əlini sıxmamışdı.

 

Tarix: 5 Fevral 2020, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin