BURADA REKLAMINIZ OLA
BİLƏR

Pərvin Abıyeva: “Polis şöbəsinə getdik, 3 saat...”

Aktrisa Pərvin Abıyeva Vətən müharibəsi ərəfəsində əsgərlərə yardım aparmasından söz açıb.

Pravda.az xəbər verir ki, sosial şəbəkədə canlı yayım açaraq bu barədə danışan sənətçi ünvanına yazılan tənqidlərin yersiz olduğunu bildirib.

O, əsgərlərə yardım apardıqları zaman polis tərəfindən saxlanılmasından danışıb:

"Həmin vaxt foto paylaşdım, hamı ağzına gələni yazdı. Dedilər ki, özünü göstərməyə gedib, saçını açıb yemək çəkir. Amma heç kim ora necə çətinliklə getdiyimizi demədi. Biz yeməkləri "əyri" yolla ora çatdırdıq. Yolda dedilər ki, keçə bilməzsiniz, olmaz. "Əyri yollar" tapıb getdik ki, yeməklər ziyana getməsin. Cəbhədən qayıdanda cəzalandırıldıq. Yevlaxda bizi polislər mühasirəyə aldır, şöbəyə apardılar, 3 saat şöbədə qaldıq. Tolik (Tarix Əliyev) orda neçə saat mübahisə etdi ki, biz yardım aparmışıq. Heç kim məsələni dərinliyə qədər bilmir, amma tənqid edir".

Tarix: 16 Sentyabr 2021, 18:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin