BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev seçiciləri ilə görüşdü

Sentyabrın 16-da Milli Məclis sədrinin müavini Adil Əliyevin deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində yaşayan seçiciləri ilə növbəti görüşü olub.

Pravda.az xəbər verir ki, pandemiya qaydalarına uyğun keçirilən görüşdə Adil Əliyev vətən Müharibəsindən ötən 10 ay müddətində işğaldan azad edilən ərazilərimizdə aparılan böyük abadlıq-quruculuq işlərindən söz açıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanan Azərbaycanın 30 illik işğala son qoyduqdan dərhal sonra öz əzəli torpaqlarında bərpa və yenidənqurma işlərinə başladığını deyib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən Milli Məclis sədrinin müavini Heydər Əliyev Fondu tərəfindən mədəniyyət paytaxtımız Şuşada təşkil edilən tədbirlər barədə danışıb, bu istiqamətdə aparılan işlər barədə geniş məlumat verib.

Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılıb, onların qaldırdığı sosial, məişət, humanitar xarakterli bir sıra məsələlər yerindəcə həll olunub. Digər xarakterli müraciətlərin həlli üçün aidiyyəti üzrə müxtəlif qurumlara məktublar ünvanlanıb. Görüş zamanı bəzi vətəndaşlara müraciətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahlar verilib.

Adil Əliyev yaranan fürsətdən istifadə edərək seçicilərinə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməyin zəruriliyini bildirib.


Tədbirdə Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini və digər vəzifəli şəxslər iştirak ediblər.

Tarix: 16 Sentyabr 2021, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin