BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov Fuad Muradovdan yazdı: "Gəlim üzr istəyim, keçin" deməklə cəzadan yaxa qurtara bilməyəcək

“Az əvvəl tanış olduğum, Fuad Muradov adlı birisinin ictimaiyyətə ünvanladığı müraciət ilə bağlı fikrimi Sizinlə bölüşürəm. Əvvəlcədən bildirim ki, heç kimlə şəxsi münaqişə, münasibət zəminində dava aparmamışam və aparmayacam. Mənim davam həmişə prinsiplərimə görə olub. Adıçəkilən şəxslə bağlı da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciətim şəxsi zəmində olmayıb. Mənə artıq 2 ildir ki, həmin şəxsin çoxlu sayda insanları ən əxlaqsız formada təhqir etməsi ilə bağlı dəfələrlə müraciətlər olub və ona görə həmin problemi ictimailəşdirmişəm. Məqsədim də son vaxtlar sosial şəbəkəni söyüş meydanına çevirənlərin cəzalandırılması olub, çünki bunu çox ziyanlı və qarşısı alınmalı olan ciddi problem kimi görürəm. Müraciətdə qeyd edilir ki, guya aramızda hansısa fikir ayrılığı olub və həll olunub. Mənim bu tiplərlə heç vaxt görüşüm, mübahisəm, nə də fikir ayrılığım ola bilməz, çünki bu tiplərin arsenalında əxlaqsız ifadələrindən, riyakarlıqdan başqa heç nə olmayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

 

“Bir daha hamınıza bildirirəm ki, F.Muradov adlı biri ilə heç vaxt görüşməmişəm və görüşmək fikrim də yoxdur. DİN-ə ünvanladığım ərizəmdə göstərdiklərimdə israrlıyam və araşdırılmasını xahiş edirəm. Doğrudur, onun məndən üzr istəməyə hazır olduğu bildirilsə də problemin mənim şəxsimlə bağlı olmadığını, ictimai maraqdan irəli gəldiyini bildirib təklifi qətiyyətlə rədd etmişəm. Hesab edirəm ki, sosial şəbəkədə, ictimai həyatda təhqirlərə, əxlaqsız ifadələrə yer olmamalı və buna yol verənlər cəzalandırılmalıdır. Bilməliyik ki, kimsə tanımadığı bir şəxsi küçə ifadələri ilə söyüb sonra hansısa vəzifəlinin müdafiəsinə sığınaraq, "gəlim üzr istəyim, keçin" deməklə cəzadan yaxa qurtara bilməyəcək” – A.İsmayılov qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 16 Sentyabr 2021, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin