BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa Birliyi ordu yaradır

Avropa Birliyi (AB) müdafiə məsələlərində ABŞ-a ehtiyac duymamaq üçün öz şəxsi ordusunu yaratmaq niyyətindədir.

 

Pravda.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

 

O, Əfqanıstan hökumətinin “Taliban” hərəkatı sayəsində süqutundan narahatlığını çatdırıb və qeyd edib ki, bu hadisə təkcə NATO blokunu deyil, həm də AB-yə daxil olan ölkələri də ciddi suallar qarşısında qoyur.

 

Avropa Komissiyasının rəhbəri Avropa Müdafiə Birliyinin yaradılması işlərinin sürətləndirilməsini tələb edib. Onun sözlərinə görə, bunun üçün yeni hərbi birləşmələr yaratmağa ehtiyac yoxdur, çünki onlar çoxdan mövcuddur. Fon der Leyen qeyd edib ki, birliyin ABŞ və NATO-nun köməyi olmadan beynəlxalq məsələlərdə hərbi vasitələrdən istifadə etməsi üçün kifayət qədər siyasi iradəyə sahib olması vacibdir.

 

“Yeni səviyyəyə keçməyin artıq vaxtıdır”, - Avropa Komissiyasının rəhbəri belə deyib.

 

Fon der Leyenin fikrinə görə, AB öz ərazilərində və onun xaricində daha çox sabitlik təmin etməli, eləcə də Şimali Atlantika alyansının və ya BMT-nin təşəbbüsü olmadan missiyalarda iştirak etməlidir.

Tarix: 17 Sentyabr 2021, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin