BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda şirkətdən 20 min manat oğurlandı

Kürdəmirdə şirkətdən 20 min manatdan çox oğurluq olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20000 manat dəyərində 2 ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 5 Fevral 2020, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin