BURADA REKLAMINIZ OLA
BİLƏR

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbə şəhərində keçirilən zirvə görüşündə İranla əməkdaşlıq sənədi imzalanıb.

 

Pravda.az xəbər verir ki, bu sənəd İranın təşkilata tam üzvlüyə qəbulu üçün müvafiq işlərin başlamasını isbat edir. Bununla da ŞƏT üzv ölkələrinin sayı 9-a çatıb.

 

Qeyd edək ki, 2005-ci ildə ŞƏT-də müşahidəçi statusu əldə edən İran 2008-ci ildə tam üzvlüyə qəbul üçün ərizə versə də, 2015-ci ilədək BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyalara görə bu məsələ baş tutmayıb.

Tarix: 17 Sentyabr 2021, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin