BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Dünyaya inteqrasiya olunuruqsa, qiymətlərin artımı təbiidir”

“Dünya bazarında benzinin, yanacağın qiymətinin artması Azərbaycana da təsir göstərir. Bu səbəblər ölkəmizdə də benzinin qiymətinin artmasını zəruri edir. Əgər dünyaya inteqrasiya olunuruqsa və müxtəlif konvensiyalara qoşuluruqsa, artım təbiidir. Biz dünya ilə ayaqlaşmalı, qiymətləri standartlara uyğun təyin etməliyik”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, koronavirus pandemiyasının tüğyan etdiyi, vətəndaşların sosial vəziyyətinin yaxşı olmadığı vaxtda qiymət artımının tərəfdarı deyil: “Azərbaycanda benzinin qiyməti aşağı olduğu halda, qonşu ölkədə bizdəkindən 2 dəfə baha olması düzgün deyil. Bu, müəyyən idxal-ixrac prosesinə maneə yaradır. Ona görə də dövlət qiymətləri qoşulduğu konvensiyalara uyğun tənzimləməyə məcburdur. Yəni, bəzi məsələlər dövlətdən, ölkə rəhbərindən asılı deyil. Amma istənilən halda, vətəndaşların narazılığını başa düşürəm”.

 

Nəzrin Cavid

Tarix: 17 Sentyabr 2021, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin