BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İspaniya baş naziri bu səbəbdən ABŞ-a səfərini təxirə saldı

İspaniyanın baş naziri Pedro Sançes Palma adasında vulkan püskürməsi səbəbindən ABŞ-a səfərini təxirə salıb.

Pravda.az xəbər verir ki, bu barədə krallıq hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş nazir bu gecə Kanar Adalarına gedəcək.

Qeyd edək ki, bu gün kiçik miqnitudalı zəlzələlərdən sonra İspaniyanın Palma adasında vulkan püskürüb. Kanar arxipelaqına daxil olan adada vulkanın püskürməsi ilə əlaqədar 40 nəfərə qədər sakin ev heyvanları ilə birlikdə təhlükəsiz yerə evakuasiya edilib.

Tarix: 19 Sentyabr 2021, 20:46   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin