BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada Dumaya seçkilər başa çatdı

Rusiyanın VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb. Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir.

Pravda.az xəbər verir ki, bu günlərdə həmçinin ölkədə bələdiyyə seçkiləri keçirilir.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallğı 45 %-i ötüb.

Səsvermələrin aktiv olduğu regionlar arasında Çeçenistan da var. Burada seçicilərin 93 %-dən çoxu səsvermələrdə iştirak edib. Tatarsıtan və Başqırdıstanda seçici fəallığı müvafiq olaraq 70 % və 65 %-i ötüb.

Paytaxt Moskva sakinlərinin öz səslərini onlayn vermək imkanı da var. Qeyd edilir, onlayn səsvermədə iştirak 95 % olub.

"Onlayn seçicilərin sayı 2 014 765 nəfərdir. Seçkilərdə 1 913 304 bülleten verilib. Seçkilərdə iştirak 95 %-dir", - xəbərdə deyilir.

Tarix: 19 Sentyabr 2021, 21:18   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin