BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Araik Xocalıda sement zavodu açdı

Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb.

 

Pravda.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  bu haqda separatçı-kriminal xuntanın başçısı sayılan Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

 

Əyanilik üçün  bu əndrəbadi məxluqun müraciətinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq.

 

“Əziz həmvətənlər! Artsaxda müasir bir sement zavodunun inşası proqramının investoru ilə 2020 -ci ilin sentyabrında bizə qarşı başlanan müharibəni müzakirə etdik.

 

Müharibədən sonra sahibkar nəinki biznes ideyasından əl çəkmədi, həm də onu tam şəkildə həyata keçirdi. İnvestisiya proqramının dəyəri təxminən 2 milyon ABŞ dolları idi. Zavod sementdən başqa, digər tikinti materialları da istehsal edəcək. Əminəm ki, bu materiallar Artsaxdakı genişmiqyaslı tikinti işlərində geniş tətbiqini tapacaq"-   Araik belə yazıb.

 

Amma sement zavodunun konkret hansı Azərbaycan məntəqəsi yaxınlığında tikilməsi barədə məlumat verilmir.

 

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, sözügedən sement zavodu Azərbaycanın keçmiş "Əsgəran rayonu" deməli, indiki Xocalı rayonu ərazisində tikilib...Moderator.az

 

Tarix: 20 Sentyabr 2021, 11:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin