Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bir neçə gün öncə sabiq Səhiyyə naziri Əli İnsanovla birgə “dəyirmi masa”da iştirak etdiyinə görə səsləndirilən təndiqlərə münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, İ.Qəmbər deyib ki, Əli İnsanovla birgə “dəyirmi masa”da iştirak etmək onda qətiyyən diskomfort hissi yaratmayıb. İ.Qəmbər Pressklub.az-a video-müsahibəsində qeyd edib ki, Azərbaycanın istənilən vətəndaşı ilə fikir mübadiləsi aparmağa hazırdır: “Tədbir təşkil edilib, dəvət olunmuşuq, oraya kimin gəlib-gəlməməsini müəyyən etmək bizim səlahiyyətimizdə olmayıb. Əli İnsanovun “dəyirmi masa”da iştirakı ilə bağlı sosial şəbəkələrdə diskusiyaları izlədim. Əli İnsanov 14 il, 2005-2019-cu illərdə həbsxanada olub, o, hakimiyyətin heç bir təklifinə boyun əyməyib, geri çəkilməyib, güzəştə getməyib, öz mövqeyini, mənliyini qoruyub saxlayıb. Bu, diqqətəlayiq hadisə deyilmi? Bu adam rejimə qarşı müxalifətdədir, kəskin, sərt müxalifətdir. Bu adamı necə kənara qoya bilərik ki, ehtiyac yoxdur?! Bu gün rejimə qarşı prinsipial müxalifət mövqeyi ifadə etməkdə hamını hazır görmürük. Kim hazırdırsa, bu mübarizədə iştirak etmək istəyirsə, həmin adamlar qiymətləndirilməlidir və qiymətləndiriləcək. Əli İnsanov hakimiyyətdə olarkən, nazir işlədiyi vaxtlarda onun fəaliyyəti haqqında biz də tənqidlərimizi səsləndirimişik. O da bizim ünvanımıza sərt, kəskin sözlər deyib. Əli müəllim inciməsin, biz mövqeyimizi dəyişməmişik, siyasi fəaliyyətə başlayan gündən hansı dəyərlərə xidmət etmişiksə, həmin dəyərlərə xidmət etməkdə davam edirik. Əli İnsanov hakimiyyətə münasibətini dəyişibsə, müxalifətə keçibsə, bu, onun qəbul etdiyi qərardır. O, həbsxanada olduğu müddətdə, məhkəmə proseslərində müxalifətdən, konkret məndən üzr istəyib. Son 20 il ərzində hakimiyyətdən müxalifətə keçən müxtəlif fiqurlar olub. Onların hansınısa xatırlayırsınızmı ki, müxalifətdən, təhqir etdiyi, haqqında ağır ifadələr səsləndirdiyi adamlardan üzr istəsin? Varmı belə bir adam? Axı üzr istəmək də böyüklükdür... Biz bunları görürük və qiymətləndirik. Əgər Əli İnsanov nüfuzsuz adamdırsa, hakimiyyət niyə bu qədər narahat olur? Hücumlar əsasən Əli İnsanov faktoru ilə bağlıdır. Deməli, onun çəkisi, nüfuzu, elektoratı var. Ona görə də Əli İnsanovun “dəyirmi masa”da iştirakı normal bir hadisədir. Azərbaycan parlamenti xalq tərəfindən seçilməyib, hakimiyyət tərəfindən müəyyənləşdirilmiş, təyin edilmiş insanlardan ibarətdir. Orada xeyli keçmiş müxalifətçilər var. Onların arasında elələri var ki, Əli İnsanovun müxalifətin ünvanına dediklərindən qat-qat sərtini Heydər Əliyev və İlham Əliyevin ünvanına deyiblər. Orada elə adamlar var ki, haqlı və ya haqsız Heydər Əliyevə sui-qəsd təşkil etməkdə, onu öldürmək cəhdində ittiham olunublar. Necə olur ki, hakimiyyət bu fiqurların müxalifətdən hakimiyyət cərgələrinə keçməsinə normal yanaşır, amma hakimiyyətdən kimsə müxalifətə keçirsə, o saat bizə suallar yönəltməyə başlayırlar ki, bu adamları niyə qəbul edirsiniz? Hakimiyyətdə olanlar bilsinlər, hakimiyyətdən imtina edərək öz səhvlərini etiraf edib, xalqdan, müxalifətdən üzr istəyəcəklərsə, biz bunu nəzərə alacağıq, obyektiv qiymətləndirəcəyik”.
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
Ən son xəbərləri səhifəmizdən də izləyin