BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır” - Paşinyan

“Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüş zamanı deyib.

 

“Biz kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq. 25 ildən artıqdır ki, blokadadayıq. Biz bunu blokadanı aradan qaldırmaq üçün bir fürsət olaraq görürük. Ümid edirik ki, apardığımız işlər nəticəsində konkret həllə nail olacağıq”, - deyə o bildirib.

 

Nikol Paşinyan, A. Overçuka regional kommunikasiyaların açılmasını müzakirə etmək üçün yaradılan Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun fəaliyyətini təşkil etdiyinə görə təşəkkür edib.

 

“Nəhayət, bizim üçün vacib olan Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcəyik ki, bu da iqtisadiyyatımızın inkişafı və Avrasiya İqtisadi İttifaqına inteqrasiyamız üçün yeni imkanlar açacaq”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Tarix: 20 Sentyabr 2021, 16:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin