BURADA REKLAMINIZ OLA
BİLƏR

“İran mehriban qonşuluq münasibətlərinin prinsiplərini pozur” – Elman Nəsirov

“İran münaqişənin gərginləşməsinə rəvac verən, Ermənistanı dəstəkləyən davranışına son qoymalıdır. İran və Azərbaycanın ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinə kölgə salan bu davranışlar araşdırılmalı və səbəbkarlar cəzalandırılnalıdır. Bu, İran-Azərbaycan münasibətlərinin gələcəyi üçün vacibdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin üzvü Elman Nəsirov deyib.

 

Deputat bdirib ki, Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlər prioritet istiqamətlərdəndir: "Bunu siyasəti ölkə Prezidenti İlham Əliyev müəyyən edib. Təbii ki, Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşu dövlətlərlə hər zaman mehriban münasibət formalaşdırıb ki, bu baxımdan İran da istisna deyil. Amma təəsüflər olsun ki, İranda müəyyən siyasi dairələr açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirirlər. Onlar birbaşa və ya dolayısı ilə Ermənistanı dəstəkləyirlər. Ermənistana daşınan yüklər və baş verən bir sıra hadisələr deməyə əsas verir ki, İran mehriban qonşuluq münasibətlərinin prinsiplərini pozur. Onların bu davranışı, əlbəttə ki, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Ərdəbil mollasının ölkəmizi təhdid edərmişcəsinə səsləndirdiyi fikirlər də bu gün ciddi müzakirə olunub. İran Azərbaycanı birbaşa və ya dolayısı ilə təhdid edir. Bu gün İran Azərbaycan torpaqlarını 30 il işğaldan saxlanmış, indi də revanşist bəyanatlar verən Ermənistanı müdafiə edən mövqedən çıxış edir. Bu yanaşma heç bir halda Bakı-Tehran münasibətilərinin bu gününə  və sabahına xeyir gətirə bilməz. Belə olan halda, əsas məsuliyyət İranın üzərinə düşür. Çox istərdik ki, Azərbaycan - İran münasibətlərinə xələl gətirən belə hallara son qoyulsun".

 

Nəzrin Cavid

Tarix: 20 Sentyabr 2021, 16:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin